• Home  
  • Ekvadorun Kəşfiyyat Mərkəzinin rəhbəri Keniyada helikopter qəzasında ölüb
- Dünya - Gündəm - Hadisə

Ekvadorun Kəşfiyyat Mərkəzinin rəhbəri Keniyada helikopter qəzasında ölüb

Ekvadorun Strateji Kəşfiyyat Mərkəzinin baş direktoru Mikel Sensi-Kontuqi Keniyada helikopter qəzasında həlak olub. Əks-səda “Ecuavisa” telekanalına istinadən məlumatına görə, bu barədə Ekvador hökumətindəki mənbələr bildirib. Ekvadorun Prezident Administrasiyası sosial mediada Sensi-Kontuqi və həyat yoldaşı, dizayner, sahibkar Stefani Hollihanın ölümünü təsdiqləyib, lakin onların ölüm səbəblərini açıqlamayıb. “Ecuavisa”nın məlumatına görə, Sensi-Kontuqi Ekvador Prezidenti Daniel Noboanın yaxın dostu olub. […]

Ekvador

Ekvadorun Strateji Kəşfiyyat Mərkəzinin baş direktoru Mikel Sensi-Kontuqi Keniyada helikopter qəzasında həlak olub.

Əks-səda “Ecuavisa” telekanalına istinadən məlumatına görə, bu barədə Ekvador hökumətindəki mənbələr bildirib.

Ekvadorun Prezident Administrasiyası sosial mediada Sensi-Kontuqi və həyat yoldaşı, dizayner, sahibkar Stefani Hollihanın ölümünü təsdiqləyib, lakin onların ölüm səbəblərini açıqlamayıb.

“Ecuavisa”nın məlumatına görə, Sensi-Kontuqi Ekvador Prezidenti Daniel Noboanın yaxın dostu olub. O, 2024-cü ildə ölkənin Strateji Kəşfiyyat Mərkəzinin rəhbəri olub.

Qeyd edək ki, helikopter səhər Ololokve dağı yaxınlığında qəzaya uğrayıb. Keniya hakimiyyəti bildirib ki, təyyarədə yeddi nəfər – pilot və altı xarici turist olub. Onların hamısı həlak olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.