• Home  
  • Ermənistanın sabiq maliyyə naziri iki ay müddətinə həbs edilib
- Dünya - Gündəm - Hadisə - KriminaI

Ermənistanın sabiq maliyyə naziri iki ay müddətinə həbs edilib

Ermənistanın Antikorrupsiya məhkəməsi keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Qaqik Xaçatryanı iki ay müddətinə həbs edib. Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, qərarı hakim Aram Qriqoryan qəbul edib. Xaçatryan ötən gün saxlanılıb. Səhhətinə görə onu məhkəməyə xərəkdə gətiriblər. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, cinayət işi xüsusilə külli miqdarda rüşvət alma və çirkli […]

Kriminal

Ermənistanın Antikorrupsiya məhkəməsi keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Qaqik Xaçatryanı iki ay müddətinə həbs edib.

Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, qərarı hakim Aram Qriqoryan qəbul edib.

Xaçatryan ötən gün saxlanılıb. Səhhətinə görə onu məhkəməyə xərəkdə gətiriblər.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, cinayət işi xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması faktları üzrə başlanıb. İstintaq çərçivəsində Xaçatryanın və oğlunun mənzillərində, həmçinin onlarla əlaqəli təxminən 21 şirkətin ofis və filiallarında axtarışlar aparılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.