• Home  
  • Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
- Gündəm - Ölkə - Siyasət

Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. Əks-səda AZƏRTAC-a istinadən xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Prezident Rəcəb Tayyib Ərdoğanın ən səmimi arzuları ilə bağlı mesajını çatdırıb. Mesajda deyilir: “Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və […]

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.

Əks-səda AZƏRTAC-a istinadən xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Prezident Rəcəb Tayyib Ərdoğanın ən səmimi arzuları ilə bağlı mesajını çatdırıb.

Mesajda deyilir: “Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.