• Home  
  • Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
- Dünya - Gündəm - Hadisə

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Cümə günü ümummilli tətil səbəbindən Brüssel hava limanında (Belçika) azı 140 reys ləğv ediləcək. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Hava limanından bildirilb ki, yerüstü xidmətlə məşğul olan “Alyzia” şirkətinin əməkdaşları da etiraza qoşulacaqlar. Belçika mediasının məlumatına görə, azı 140 reysin ləğv ediləcəyi gözlənilir. Hava limanının nümayəndələri bu rəqəmi təsdiqləməyiblər. Qeyd […]

Hadisə

Cümə günü ümummilli tətil səbəbindən Brüssel hava limanında (Belçika) azı 140 reys ləğv ediləcək.

Əks-səda xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Hava limanından bildirilb ki, yerüstü xidmətlə məşğul olan “Alyzia” şirkətinin əməkdaşları da etiraza qoşulacaqlar.

Belçika mediasının məlumatına görə, azı 140 reysin ləğv ediləcəyi gözlənilir. Hava limanının nümayəndələri bu rəqəmi təsdiqləməyiblər.

Qeyd edək ki, həmkarlar ittifaqlarının çağırışı ilə hökumətin büdcə kəsintiləri, pensiya sistemi və iqtisadi siyasətinə etiraz edən işçilər aksiya keçirirlər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.