Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb.
Əks-səda xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə olacaq küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb.


