• Home  
  • FHN: Ötən həftə 560 yanğına çıxış olub, 12 nəfərin meyiti tapılıb
- Gündəm - Ölkə

FHN: Ötən həftə 560 yanğına çıxış olub, 12 nəfərin meyiti tapılıb

Ötən həftə ərzində 560 yanğına çıxış olub. “Əks-səda” bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Bildirilib ki, həftə ərzində 49 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən […]

Ötən həftə ərzində 560 yanğına çıxış olub.

Əks-səda” bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, həftə ərzində 49 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 58 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 5 nəfər xəsarət alıb, 12 nəfərin meyiti təhvil verilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.