Ukrayna dronlar vasitəsilə “Slavneft-YANOS” Yaroslavl neft emalı zavoduna (NEZ) zərbə endirib.
Əks-səda xəbər verir ki, bu barədə Ukraynanın informasiya portalları məlumat yayıb.
Qeyd olunub ki, bu, ildə təxminən 15 milyon ton neft emalı gücünə malik olan Rusiyanın ən böyük NEZ-lərindən biridir. Zavod benzin, dizel və aviasiya yanacağı, eləcə də digər neft məhsulları istehsal edir.


