• Home  
  • “Fiorentina” Paolo Vanolini baş məşqçi vəzifəsinə qaytarıb
- Dünya - Gündəm - Idman

“Fiorentina” Paolo Vanolini baş məşqçi vəzifəsinə qaytarıb

“Fiorentina” Paolo Vanolinin komandanın baş məşqçisi vəzifəsinə qayıtdığını açıqlayıb. Əks-səda xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytında məlumat yayılıb. Daha əvvəl komandaya iyunun 8-də baş məşqçi təyin olunan Fabio Qrosso rəhbərlik edirdi. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. Vanoli daha əvvəl 2025-ci ilin noyabrından 2026-cı ilin iyununa qədər “Fiorentina”nı çalışdırıb. Onun […]

İdman

“Fiorentina” Paolo Vanolinin komandanın baş məşqçisi vəzifəsinə qayıtdığını açıqlayıb.

Əks-səda xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytında məlumat yayılıb.

Daha əvvəl komandaya iyunun 8-də baş məşqçi təyin olunan Fabio Qrosso rəhbərlik edirdi. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

Vanoli daha əvvəl 2025-ci ilin noyabrından 2026-cı ilin iyununa qədər “Fiorentina”nı çalışdırıb. Onun rəhbərliyi altında komanda ötən mövsüm A Seriyasını 15-ci pillədə başa vurub.

Mütəxəssis müxtəlif illərdə İtaliyanın aşağı yaş qrupları üzrə milli komandalarında, həmçinin “Spartak”, “Venesiya” və “Torino” klublarında çalışıb.

“Fiorentina” cari A Seriyası mövsümünün ilk üç turunda xal qazana bilməyib. Komanda “Roma”ya 0:4, “Frozinone”yə 0:3 hesabı ilə uduzub, həmçinin “Torino” ilə qarşılaşmada məğlub olub. Hazırda Florensiya təmsilçisi turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.