• Home  
  • “FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
- Gündəm - İQTİSADİYYAT - Manşet - Ölkə

“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb

Moldovanın aşağıbüdcəli aviaşirkəti “FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşların icrasına başlayıb. Yeni marşrut üzrə 16 iyul 2026-cı il tarixində həyata keçirilən ilk reys Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb. Heydər Əliyev Beynəlxalq Aeroportundan “Əks-səda”ya verilən məlumata görə, Kişineu – Bakı – Kişineu marşrutu üzrə uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə axşamı və bazar günləri […]

Moldovanın aşağıbüdcəli aviaşirkəti “FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşların icrasına başlayıb. Yeni marşrut üzrə 16 iyul 2026-cı il tarixində həyata keçirilən ilk reys Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Əks-səda”ya verilən məlumata görə, Kişineu – Bakı – Kişineu marşrutu üzrə uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə axşamı və bazar günləri həyata keçiriləcək. Yeni marşrut Azərbaycan və Moldova arasında birbaşa hava əlaqələrini genişləndirərək sərnişinlər üçün daha rahat və əlçatan səyahət imkanları yaradır.

“FLYONE” aviaşirkətinin Bakı istiqamətində fəaliyyətə başlaması Heydər Əliyev Beynəlxalq Aeroportunun aviaşirkət portfelinin və beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Yeni reyslər Bakı ilə Kişineu arasında birbaşa hava əlaqələrinin gücləndirilməsinə və iki ölkə arasında mobilliyin artmasına töhfə verəcək.

Uçuş cədvəli, aviabiletlər və digər xidmətlərlə bağlı ətraflı məlumatı “FLYONE” aviaşirkətinin rəsmi satış kanallarından əldə etmək mümkündür.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.