• Home  
  • “Qarabağ” II təsnifat mərhələsinə yüksəlib
- Gündəm - Idman - Manşet - Ölkə

“Qarabağ” II təsnifat mərhələsinə yüksəlib

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri” (İslandiya) komandasını üstələyən “Qarabağ” növbəti raunda adlayıb. Əks-səda xəbər verir ki, Reykyavikdəki “Torfnesvöllur” stadionunda keçirilən cavab matçı Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Köhlən atlar”ın heyətində Jali Muaddib (5), Pedro Bikalyo (29) və Zakarya Savo (57) fərqləniblər. İlk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu II […]

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri” (İslandiya) komandasını üstələyən “Qarabağ” növbəti raunda adlayıb.

Əks-səda xəbər verir ki, Reykyavikdəki “Torfnesvöllur” stadionunda keçirilən cavab matçı Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Köhlən atlar”ın heyətində Jali Muaddib (5), Pedro Bikalyo (29) və Zakarya Savo (57) fərqləniblər.

İlk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti rəqibi MOİK Sofiya (Bolqarıstan) olacaq. Tərəflər arasında ilk qarşılaşma iyulun 23-də Bakıda keçirəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.