• Home  
  • Fransa polisinə yuxarı sinif şagirdlərinin etirazları zamanı işıq-səs qumbaralarından istifadəyə icazə verilib
- Dünya - Gündəm - Hadisə

Fransa polisinə yuxarı sinif şagirdlərinin etirazları zamanı işıq-səs qumbaralarından istifadəyə icazə verilib

Fransanın daxili işlər naziri Loran Nunyes oktyabrın 17-nə planlaşdırılan etiraz aksiyalarının dağıdılması zamanı polisə və jandarmlara işıq-səs qumbaralarından istifadə etməyə icazə verib. Əks-səda xəbər verir ki, bu barədə o, bu gün “France 2” telekanalının efirində bildirib. “Əgər ciddi zorakılıq aktları baş verərsə, bu qumbaralardan istifadə olunacaq. Lakin hər şey yaxşı keçərsə, bu qumbaradan istifadə edilməyəcək”, – […]

Fransanın daxili işlər naziri Loran Nunyes oktyabrın 17-nə planlaşdırılan etiraz aksiyalarının dağıdılması zamanı polisə və jandarmlara işıq-səs qumbaralarından istifadə etməyə icazə verib.

Əks-səda xəbər verir ki, bu barədə o, bu gün “France 2” telekanalının efirində bildirib.

“Əgər ciddi zorakılıq aktları baş verərsə, bu qumbaralardan istifadə olunacaq. Lakin hər şey yaxşı keçərsə, bu qumbaradan istifadə edilməyəcək”, – o qeyd edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarına nümayişlərə nəzarət etmələri, qayda pozuntuları halında müdaxilə etmələri barədə tapşırıq verilib.

Bu oktyabrın 17-də Paris istisna olmaqla, bütün ölkə boyunca 100 minədək insanın iştirakı ilə etiraz aksiyaları keçiriləcək.

Qeyd edək ki, daha əvvəl etirazlar zamanı qumbara partlaması nəticəsində 15 yaşlı yeniyetmənin qolu qopmasından sonra işıq-səs qumbaralarının tətbiqi qadağan edilmişdi.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.