• Home  
  • Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
- Dünya - Gündəm - Hadisə

Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər

Fransa parlamentinin yuxarı palatası küçə nümayişləri zamanı vurulan ziyana görə etiraz aksiyalarının iştirakçılarına maliyyə məsuliyyəti yükləyən qanun layihəsini qəbul edib. Əks-səda xəbər verir ki, bu barədə “France24” məlumat yayıb. Sənədə əsasən, etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər. Senat çoxluğa malik olan sağçı və mərkəzçi ittifaqının dəstəyi ilə qanun layihəsinin […]

Fransa parlamentinin yuxarı palatası küçə nümayişləri zamanı vurulan ziyana görə etiraz aksiyalarının iştirakçılarına maliyyə məsuliyyəti yükləyən qanun layihəsini qəbul edib.

Əks-səda xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

Sənədə əsasən, etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər.

Senat çoxluğa malik olan sağçı və mərkəzçi ittifaqının dəstəyi ilə qanun layihəsinin genişləndirilmiş versiyasını 105-ə qarşı 229 səslə qəbul edib.

Qanun layihəsinin hazırlanması barədə ilk dəfə bu ilin mayında UEFA Çempionlar Liqasının finalında “Paris Sen-Jermen” komandasının “Arsenal” komandası üzərində qələbəsindən sonra baş verən iğtişaşlar səbəbilə düşünülüb. Lakin yekun qərar 17 oktyabr etiraz aksiyalarının Fransada son illərin ən şiddətli iğtişaşlarından biri ilə başa çatmasından sonra qəbul edilib, bu iğtişaşlar zamanı ölkə üzrə minlərlə müəssisə zərər görmüş və qarət edilmişdir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.