• Home  
  • Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
- Dünya - Gündəm - Hadisə

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. Əks-səda NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində “Skydive Elsinore” mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatına görə, müvafiq lisenziyalara malik təcrübəli paraşütçülər təxminən 45 metr yüksəklikdə toqquşublar. Onların paraşütləri dolaşıb və düşərkən hər ikisi ağır xəsarətlər alıb. […]

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar.

Əks-səda NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində “Skydive Elsinore” mərkəzinin üzərində baş verib.

Mərkəzin məlumatına görə, müvafiq lisenziyalara malik təcrübəli paraşütçülər təxminən 45 metr yüksəklikdə toqquşublar. Onların paraşütləri dolaşıb və düşərkən hər ikisi ağır xəsarətlər alıb.

Zərərçəkənlər Uildomar şəhərindəki tibb mərkəzinə çatdırılsalarda orada ölüblər. Onların adları hələ ki, açıqlanmır.

Bildirilib ki, hər iki qadın paraşüt idmanı üzrə təşkil olunmuş tədbirdə iştirak etmək üçün gedib.

“Skydive Elsinore”da bildirilib ki, avadanlıqlarda hər hansı nasazlıq əlaməti aşkar edilməyib. Mərkəz yerli hakimiyyət orqanları ilə əməkdaşlıq edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.