• Home  
  • Fransada naməlum şəxslər dərs zamanı məktəbi yandırmağa cəhd ediblər
- Dünya - Gündəm - Hadisə

Fransada naməlum şəxslər dərs zamanı məktəbi yandırmağa cəhd ediblər

Fransanın paytaxtı Paris yaxınlığındakı Fren kommunasında bir qrup naməlum şəxs “Mistral” liseyini yandırmağa cəhd göstərib, şagirdlər və işçiləri təxliyə edilməli olub. Əks-səda “Le Parisien” qəzetinə istinadən xəbər verir ki, hadisə 6 noyabrda dərslər zamanı baş verib. İlk yanğın siqnalı Bakı vaxtı ilə saat 13:00-da səslənib. Yarım saat sonra bir neçə nəfər liseyin binasına daxil olaraq fişənglər […]

Fransanın paytaxtı Paris yaxınlığındakı Fren kommunasında bir qrup naməlum şəxs “Mistral” liseyini yandırmağa cəhd göstərib, şagirdlər və işçiləri təxliyə edilməli olub.

Əks-səda “Le Parisien” qəzetinə istinadən xəbər verir ki, hadisə 6 noyabrda dərslər zamanı baş verib.

İlk yanğın siqnalı Bakı vaxtı ilə saat 13:00-da səslənib. Yarım saat sonra bir neçə nəfər liseyin binasına daxil olaraq fişənglər atıb. Heç kim xəsarət almayıb.

Cinayətkarlar daha sonra tualet kağızı və zibil qutularını yandıraraq yanğın törətməyə cəhd ediblər. Polis əməkdaşları hadisə yerinə gəlib və onları dayandırıblar.

Bu vaxt liseyin rəhbərliyi şagirdlərin təxliyəsini təşkil edərək onları həyətdə toplayıb.

Hadisədən sonra məktəb bu gün – 7 noyabr, günorta saatlarına qədər distant təhsilə keçib.

Polis hələlik şübhəliləri saxlaya bilməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.