• Home  
  • Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
- Dünya - Gündəm - KriminaI

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub

Türkiyənin 34 vilayətində qanunsuz mərc oyunları, çirkli pulların yuyulması və cinayətkar qruplaşmalar əleyhinə əməliyyat keçirilib. Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, əməliyyat Nevşehir Baş Prokurorluğu və Nevşehir Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin 7 aylıq araşdırması çərçivəsində təşkil olunub. Əməliyyat zamanı 6 qeydiyyatsız tapança, 2 qeydiyyatsız tüfəng, 1 qılınc, çoxsaylı patron, 20 milyard Türkiyə lirəsi (təxminən […]

Türkiyənin 34 vilayətində qanunsuz mərc oyunları, çirkli pulların yuyulması və cinayətkar qruplaşmalar əleyhinə əməliyyat keçirilib.

Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, əməliyyat Nevşehir Baş Prokurorluğu və Nevşehir Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin 7 aylıq araşdırması çərçivəsində təşkil olunub.

Əməliyyat zamanı 6 qeydiyyatsız tapança, 2 qeydiyyatsız tüfəng, 1 qılınc, çoxsaylı patron, 20 milyard Türkiyə lirəsi (təxminən 678 milyon manat) müsadirə olunaraq götürülüb.

Məhkəmə araşdırmaları zamanı 119 şübhəlidən 90-ı barəsində həbs qərarı verilib: “Onlar cəzaçəkmə müəssisəsinə göndəriliblər. Qalan 29 nəfərlə bağlı müvafiq məhkəmə prosedurları həyata keçirilib”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.