• Home  
  • Fransada təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Fransada təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər yaralanıb

Fransa Müdafiə Nazirliyinin Hərbi Hava və Kosmik Qüvvələrinin “Cirrus SR-20” təyyarəsi təlim uçuşu zamanı Buş-dü-Ron departamentinin Salon-de-Provans kommunasında qəzaya uğrayıb. Əks-səda xəbər verir ki, bu barədə Hərbi Hava və Kosmik Qüvvələrinin məlumatında deyilir. Qeyd olunub ki, Hərbi Hava Qüvvələrinin kiçik təyyarəsinin iki ekipaj üzvü – pilot və təlimatçı aldıqları xəsarətlərə baxmayaraq, həyəcan siqnalı veriblər. Qəza zamanı onlar […]

Fransa Müdafiə Nazirliyinin Hərbi Hava və Kosmik Qüvvələrinin “Cirrus SR-20” təyyarəsi təlim uçuşu zamanı Buş-dü-Ron departamentinin Salon-de-Provans kommunasında qəzaya uğrayıb.

Əks-səda xəbər verir ki, bu barədə Hərbi Hava və Kosmik Qüvvələrinin məlumatında deyilir.

Qeyd olunub ki, Hərbi Hava Qüvvələrinin kiçik təyyarəsinin iki ekipaj üzvü – pilot və təlimatçı aldıqları xəsarətlərə baxmayaraq, həyəcan siqnalı veriblər.

Qəza zamanı onlar yaşayış məntəqələrindən yan keçə biliblər. Üçüncü şəxslərə ziyan dəyməyib.

“Hərbi Hava Məktəbinin göyərtədə olan iki hərbçisi təyyarəni endirməyə və onu alovlanmazdan əvvəl tərk etməyə müvəffəq olublar”, – Salon-de-Provans şəhər meriyasında bildiriblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.