• Home  
  • Nəriman Axundzadə karyerasını Türkiyə Superliqasında davam etdirəcək
- Gündəm - Idman - Ölkə

Nəriman Axundzadə karyerasını Türkiyə Superliqasında davam etdirəcək

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyə Superliqası təmsilçisi “Ərzurumspor”da davam etdirəcək. Əks-səda xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı hücumçu ilə ilkin razılıq əldə olunub. Futbolçu Türkiyəyə gəldikdən və tibbi müayinədən uğurla keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq. Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevral ayında ABŞ-nin “Kolambus Kryu” […]

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyə Superliqası təmsilçisi “Ərzurumspor”da davam etdirəcək.

Əks-səda xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı hücumçu ilə ilkin razılıq əldə olunub. Futbolçu Türkiyəyə gəldikdən və tibbi müayinədən uğurla keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevral ayında ABŞ-nin “Kolambus Kryu” klubuna transfer olunub. O, MLS təmsilçisinin heyətində fərqlənə bilməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.