• Home  
  • Göygöldə yol qəzasında ana və qızı yaralanıb
- Gündəm - Hadisə - Ölkə

Göygöldə yol qəzasında ana və qızı yaralanıb

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə Gəncə–Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-21015” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü İlhamə Hüseynova və onun 2004-cü il təvəllüdlü qızı Xədicə Hüseynova, həmçinin “VAZ-21015” markalı avtomobilin sürücüsü Əli Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri […]

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Əks-səda xəbər verir ki, hadisə Gəncə–Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21015” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü İlhamə Hüseynova və onun 2004-cü il təvəllüdlü qızı Xədicə Hüseynova, həmçinin “VAZ-21015” markalı avtomobilin sürücüsü Əli Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanalardan birinə çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.