• Home  
  • Həftənin ilk günü ölkə ərazisində hava yağmurlu keçəcək
- Cəmiyyət - Gündəm - Ölkə

Həftənin ilk günü ölkə ərazisində hava yağmurlu keçəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Əks-səda xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət […]

Cəmiyyət

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Əks-səda xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.