• Home  
  • Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib
- Cəmiyyət - Dünya - Gündəm - Siyasət

Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları son günlərdə 84 xarici vətəndaşı ölkədən deportasiya ediblər. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, deportasiya tədbirləri nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilib. Ölkədən çıxarılan şəxslər Türkmənistan, Rusiya, Türkiyə, İordaniya, Misir, Hindistan, Azərbaycan, Livan, Nigeriya, Çin, Banqladeş, İraq, Kuba, Moldova, Panama, […]

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları son günlərdə 84 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, deportasiya tədbirləri nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilib. Ölkədən çıxarılan şəxslər Türkmənistan, Rusiya, Türkiyə, İordaniya, Misir, Hindistan, Azərbaycan, Livan, Nigeriya, Çin, Banqladeş, İraq, Kuba, Moldova, Panama, Səudiyyə Ərəbistanı və digər ölkələrin vətəndaşlarıdır.

Məlumata görə, Gürcüstanın qanunvericiliyinə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə yenidən girişinə qadağa qoyulub.

Qeyd olunub ki, bu ilin əvvəlindən Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən 3 400-dən çox xarici vətəndaş Gürcüstandan deportasiya edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.