Bu ilin avqust ayında Gürcüstan Milli Bankı (GMB) “Bmatch” platformasında həyata keçirdiyi valyuta müdaxilələri nəticəsində beynəlxalq ehtiyatlarını 555,6 milyon ABŞ dolları artırıb.
Əks-səda xəbər verir ki, avqustun sonuna ölkənin beynəlxalq valyuta ehtiyatları 8,14 milyard ABŞ dollarına çatıb.
Yanvar-avqust aylarında GMB-nin “Bmatch” platformasında həyata keçirdiyi əməliyyatlar üzrə ümumi xalis alışlar 3 milyard 122,2 milyon ABŞ dolları təşkil edib.
“Beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi sabitliyinin mühüm təminatlarından biridir. Bazar şəraiti imkan verdikdə bank ehtiyatların artırılması məqsədilə valyuta alışları həyata keçirir”, – deyə qurum bəyan edib.


