• Home  
  • Hindistanda ayaqqabı fabrikində yanğın olub, 4 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Hindistanda ayaqqabı fabrikində yanğın olub, 4 nəfər ölüb

Hindistanın Dehli şəhərində ayaqqabı fabrikində baş verən güclü yanğın nəticəsində azı 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Əks-səda yerli mediaya istinadən xəbər verir ki, yanğın Manqolpuri sənaye zonasında yerləşən müəssisənin zirzəmisində yaranıb. Binadan huşsuz vəziyyətdə tapılan 6 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 4-ü ölüb, 2-si isə həkimlərin nəzarəti altındadır. Hadisə yerinə 20-dən çox yanğınsöndürmə briqadası cəlb edilib. […]

Hindistanın Dehli şəhərində ayaqqabı fabrikində baş verən güclü yanğın nəticəsində azı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Əks-səda yerli mediaya istinadən xəbər verir ki, yanğın Manqolpuri sənaye zonasında yerləşən müəssisənin zirzəmisində yaranıb.

Binadan huşsuz vəziyyətdə tapılan 6 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 4-ü ölüb, 2-si isə həkimlərin nəzarəti altındadır.

Hadisə yerinə 20-dən çox yanğınsöndürmə briqadası cəlb edilib. Fabrikdə tezalışan materialların, o cümlədən rezin və kimyəvi maddələrin olması səbəbindən söndürmə işləri təxminən 4 saat davam edib.

Polis və kriminalistlər hadisənin səbəblərini araşdırmağa başlayıblar. Mütəxəssislər binanın planını, giriş və çıxışların mövcudluğunu, həmçinin yanğın təhlükəsizliyi tələblərinə əməl olunmasını yoxlayırlar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.