Hindistanın Telanqana ştatında kollec ərazisində işıqlandırma dirəyinin aşması nəticəsində azı bir nəfər ölüb, 25 nəfər xəsarət alıb.
Əks-səda “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Hadisə oktyabrın 17-də axşam saatlarında baş verib. Ağır işıqlandırma konstruksiyasının aşmasından sonra ərazidə yanğın başlayıb və bu, tələbələr arasında təşvişə səbəb olub.
Xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.


