Hörmüz boğazından keçən tanker naməlum mərmi zərbəsinə məruz qalıb, heyətin 2 üzvü yüngül xəsarət alıb.
Əks-səda xəbər verir ki, bu barədə UKMTO-nun “X” sosial şəbəkəsindəki bəyanatında deyilir.
“İki heyət üzvü yüngül xəsarət alıb. Gəmi növbəti təyinat limanına doğru hərəkətini davam etdirib. Hazırda ətraf mühitə dəyən zərər barədə məlumat yoxdur”, – məlumatda bildirilib.
Faktla bağlı araşdırma aparılır.


