• Home  
  • Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək
- Gündəm - İQTİSADİYYAT - Ölkə

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək

Noyabrın 23-də Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək. Əks-səda xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında bildirilir. Tədbirdə iki ölkənin dövlət qurumlarının və şirkətlərinin nümayəndələri iştirak edəcəklər. Proqrama plenar iclas, tematik sessiyalar və B2B formatında görüşlər daxildir. İştirakçılar neft-qaz sektoru və bərpa olunan enerji mənbələri daxil olmaqla enerji sahəsində, eləcə də infrastruktur, […]

Noyabrın 23-də Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək.

Əks-səda xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında bildirilir.

Tədbirdə iki ölkənin dövlət qurumlarının və şirkətlərinin nümayəndələri iştirak edəcəklər. Proqrama plenar iclas, tematik sessiyalar və B2B formatında görüşlər daxildir.

İştirakçılar neft-qaz sektoru və bərpa olunan enerji mənbələri daxil olmaqla enerji sahəsində, eləcə də infrastruktur, logistika, tikinti və kritik əhəmiyyətli xammal sahələrinə aid məsələlər üzrə əməkdaşlığı müzakirə edəcəklər.

Bundan başqa, qabaqcıl sənayeyə, süni intellektə və yeni texnologiyalara xüsusi diqqət yetiriləcək. Xüsusilə, məlumatların emalı mərkəzlərinin, yüksək məhsuldarlıqlı hesablamaların və süni intellekt üçün infrastrukturun inkişafının, eləcə də onun istehsal, logistika, kənd təsərrüfatı, aqrosənaye, turizm, ixracyönümlü xidmətlər, əczaçılıq və metallurgiyada tətbiqinin nəzərdən keçirilməsi planlaşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.