Bakının Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb.
Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən V.Qurbanov saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin tanışının evindən 33 min manat pul vəsaitini oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

