• Home  
  • Husilərə yardım edən ABŞ Energetika Nazirliyinin əməkdaşı saxlanılıb
- Dünya - Gündəm - Hadisə

Husilərə yardım edən ABŞ Energetika Nazirliyinin əməkdaşı saxlanılıb

ABŞ Energetika Nazirliyinin əməkdaşı ölkədə terror təşkilatı kimi tanınan Yəmənin “Ənsar Allah” hərəkatına (husilər) maddi yardım göstərməyə cəhd etməkdə ittiham olunaraq Vaşinqton ştatında saxlanılıb. Əks-səda ABŞ Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, Riçlend şəhərinin 51 yaşlı sakini Eşton Hamed Ellabudi oktyabrın 1-də səhər saatlarında saxlanılıb. İstintaqın versiyasına görə, dövlət qulluqçusu xaricə səfərlər edib və peşəkar biliklərindən […]

ABŞ Energetika Nazirliyinin əməkdaşı ölkədə terror təşkilatı kimi tanınan Yəmənin “Ənsar Allah” hərəkatına (husilər) maddi yardım göstərməyə cəhd etməkdə ittiham olunaraq Vaşinqton ştatında saxlanılıb.

Əks-səda ABŞ Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, Riçlend şəhərinin 51 yaşlı sakini Eşton Hamed Ellabudi oktyabrın 1-də səhər saatlarında saxlanılıb.

İstintaqın versiyasına görə, dövlət qulluqçusu xaricə səfərlər edib və peşəkar biliklərindən husilərə yardım göstərmək üçün istifadə etməyə çalışıb.

Xüsusilə, o, partlayıcı maddələrin hazırlanması üçün materialların, eləcə də həmin partlayıcıları daşıya bilən pilotsuz uçuş aparatlarının hazırlanması üçün lazım olan vasitələrin alınmasında ittiham olunur.

Təqsirli bilinərsə, Ellabudini 20 ilədək həbs cəzası gözləyir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.