• Home  
  • İki böyük panda Çindən ABŞ-yə aparılıb
- Cəmiyyət - Dünya - Gündəm

İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda – erkək Pinpin və dişi Fuşuan Çinin Çendu şəhərindən ABŞ-yə göndərilib, onlar növbəti 10 ili Atlanta zooparkında keçirəcəklər. Əks-səda xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sentyabrın 27-də yerli vaxtla saat 02:55-də pandalar Çendu Şuanlü Beynəlxalq Hava Limanından yola düşüblər. ABŞ-yə göndərilməzdən əvvəl Çendudakı Böyük Pandaların Tədqiqi və Çoxaldılması Mərkəzində […]

Dünya

İki böyük panda – erkək Pinpin və dişi Fuşuan Çinin Çendu şəhərindən ABŞ-yə göndərilib, onlar növbəti 10 ili Atlanta zooparkında keçirəcəklər.

Əks-səda xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Sentyabrın 27-də yerli vaxtla saat 02:55-də pandalar Çendu Şuanlü Beynəlxalq Hava Limanından yola düşüblər. ABŞ-yə göndərilməzdən əvvəl Çendudakı Böyük Pandaların Tədqiqi və Çoxaldılması Mərkəzində heyvanlar üçün vida mərasimi keçirilib.

Uçuş üçün mütəxəssislər təzə bambuk, zoğlar, eləcə də alma və dərman vasitələri ehtiyatı hazırlayıblar. Səfərdən əvvəl pandalar daşınma üçün xüsusi hazırlıq keçib.

ABŞ-yə çatdıqdan sonra heyvanlar karantindən keçməlidirlər. Çin mütəxəssisləri də pandaların yeni şəraitə uyğunlaşmasına kömək etmək məqsədilə ilk vaxtlar Atlantada qalacaqlar.

Pandaların köçürülməsi onların qorunub saxlanması üzrə Çin-ABŞ proqramının yeni mərhələsinin bir hissəsi olub. Razılaşma pandaların çoxaldılması, xəstəliklərin profilaktikası, elmi tədqiqatlar və onların təbii yaşayış mühitinin qorunması sahəsində 10 illik əməkdaşlığı nəzərdə tutur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.