• Home  
  • Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib
- Manşet - Ölkə - Rəsmi - Siyasət

Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Belleni bu ölkənin milli bayramı münasibətilə təbrik edib. Əks-səda xəbər verir ki, dövlət başçısının təbrikində deyilir: “Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan-Avstriya münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişaf etməsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasında […]

Prezident İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Belleni bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

Əks-səda xəbər verir ki, dövlət başçısının təbrikində deyilir:

“Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan-Avstriya münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişaf etməsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasında dostluq əlaqələri birgə səylərimizlə bundan sonra da möhkəmlənərək qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Avstriya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.