• Home  
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
- Manşet - Ölkə - Rəsmi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar

Bakı şəhər halqasında “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib. Əks-səda xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu – yubiley yarışına sentyabrın 24-də start verilib. Bu yarışı izləmək üçün paytaxt Bakıya rekord sayda – 16 mindən çox xarici […]

Prezident İlham Əliyev

Bakı şəhər halqasında “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.

Əks-səda xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu – yubiley yarışına sentyabrın 24-də start verilib. Bu yarışı izləmək üçün paytaxt Bakıya rekord sayda – 16 mindən çox xarici turist gəlib. Yarışda hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparıb.

Komandalar ilk gündə iki sərbəst yürüşdə yarışıblar. Bu yürüşlərdə yüksək nəticə göstərən pilotlar ardınca sıralama turunda mübarizəni davam etdiriblər. Sıralama turunun yekununda “Mercedes”in pilotu Corc Rassel 6 kilometrlik Bakı trekində poul qazanaraq əsas yarışı ilk pillədən başlamaq hüququ əldə edib. “Ferrari”nin pilotu Şarl Lekler ikinci, “McLaren” təmsilçisi Oskar Piastri üçüncü yerdə qərarlaşıblar.

Sentyabrın 26-da keçirilən əsas yarışda pilotlar Bakı şəhər halqasında 2 saat ərzində 51 dövrə vurublar. Yarış “Mercedes”in pilotu Corc Rassellin qələbəsi ilə başa çatıb. “Red Bull”dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.

Xatırladaq ki, Azərbaycan Formula 1 yarışlarına onuncu dəfədir ev sahibliyi edir. 2016-cı ildə təşkil olunan və Avropa Qran-Prisi adlandırılan ilk yarış yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Yarış növbəti ildən Azərbaycan Qran-Prisi adlandırılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.