• Home  
  • İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb
- Dünya - Gündəm - Hadisə

İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb

İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar. Əks-səda “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib. İnsident oktyabrın 30-u ölkənin şimalında baş verib. İordaniya Silahlı Qüvvələri Baş Komandanlığındakı mənbənin məlumatına görə, silahlı qrup intensiv atəş altında sərhədi keçməyə cəhd edib və sərhədçilərlə […]

İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar.

Əks-səda “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib.

İnsident oktyabrın 30-u ölkənin şimalında baş verib.

İordaniya Silahlı Qüvvələri Baş Komandanlığındakı mənbənin məlumatına görə, silahlı qrup intensiv atəş altında sərhədi keçməyə cəhd edib və sərhədçilərlə toqquşmaya girib.

Atışma nəticəsində sərhəd pozucuları arasında ölənlər və yaralananlar var, qrupun qalan üzvləri qaçaraq Suriya ərazisində gizləniblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.