İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərini ölkənin nüvə obyektlərinə buraxmayacaq.
“Əks-səda” İran mediasına istinadən xəbər verir ki, bu barədə brifinq zamanı İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Daha əvvəl AEBA-nın baş direktoru Rafael Qrossi agentliyin müfəttişlərinin yaxın vaxtlarda İrana səfər edə biləcəyini bildirərək, bu məsələ ilə bağlı texniki danışıqların artıq aparıldığını qeyd etmişdi.


