• Home  
  • Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb
- Gündəm - Hadisə - Ölkə

Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb

Lənkəran rayonunda avtomobil yol kənarında kiçik ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb. Əks-səda xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib. Hərəkətdə olan “Opel Astra” markalı avtomobil idarəetməni itirərək yol kənarında kiçik ticarətlə məşğul olan Vilvan kənd sakini, 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vurub. Ətrafdakıların köməyi ilə T.Şərifov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına […]

Lənkəran rayonunda avtomobil yol kənarında kiçik ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb.

Əks-səda xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib.

Hərəkətdə olan “Opel Astra” markalı avtomobil idarəetməni itirərək yol kənarında kiçik ticarətlə məşğul olan Vilvan kənd sakini, 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vurub.

Ətrafdakıların köməyi ilə T.Şərifov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.