• Home  
  • İranda qadınlar gələn aydan motosiklet sürə biləcəklər
- Dünya - Gündəm

İranda qadınlar gələn aydan motosiklet sürə biləcəklər

Bu ilin avqustundan İranda qadınlara motosiklet idarə etmək üçün sürücülük vəsiqəsi veriləcək. Əks-səda İRNA-ya istinadən xəbər verir ki, bunu Qadın və ailə məsələləri üzrə vitse-prezident Zəhra Behruz Azər bildirib. O, qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsinə heç bir dini, hüquqi və ya qanunvericilik məhdudiyyətinin olmadığını vurğulayaraq deyib: “Son məlumatlara əsasən, ümid edirik ki, qadınlara motosiklet sürücülük vəsiqəsinin […]

Bu ilin avqustundan İranda qadınlara motosiklet idarə etmək üçün sürücülük vəsiqəsi veriləcək.

Əks-səda İRNA-ya istinadən xəbər verir ki, bunu Qadın və ailə məsələləri üzrə vitse-prezident Zəhra Behruz Azər bildirib.

O, qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsinə heç bir dini, hüquqi və ya qanunvericilik məhdudiyyətinin olmadığını vurğulayaraq deyib: “Son məlumatlara əsasən, ümid edirik ki, qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsi avqustda başlayacaq”.

Behruz Azər qeyd edib ki, hazırda İranda pilot və ya ağır texnika sürücüsü kimi çalışan qadınlar var, motosikletlər isə hamının istifadə etdiyi nəqliyyat vasitəsidir.

Xatırladaq ki, İranda qadınların motosiklet sürməsi qadağan idi.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.