• Home  
  • İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
- Gündəm - KriminaI - Ölkə

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb. Əks-səda xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 111 kiloqram 200 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində uçuş aparatı vasitəsilə sentyabr […]

Kriminal

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb.

Əks-səda xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 111 kiloqram 200 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində uçuş aparatı vasitəsilə sentyabr ayının 22-də dövlət sərhədindən ölkə ərazisinə keçirilməsinə cəhd edilən 57 kiloqram 500 qram, sentyabrın 24-də isə 53 kiloqram 700 qram narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.