• Home  
  • SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib
- Dünya - Gündəm - Hadisə

SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında, Keşm adası üzərində ABŞ-yə məxsus daha bir MQM-170 kəşfiyyat pilotsuz uçuş aparatını ələ keçirdiyini açıqlayıb. Əks-səda xəbər verir ki, hərbçilərin bəyanatını İranın dövlət teleradio şirkəti IRIB yayıb. “ABŞ-yə məxsus MQM-170 kəşfiyyat pilotsuz uçuş aparatı SEPAH-ın Aerokosmik Qüvvələrinin qabaqcıl radioelektron mübarizə sistemlərinin köməyi ilə Keşm adası üzərində vurulub. […]

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında, Keşm adası üzərində ABŞ-yə məxsus daha bir MQM-170 kəşfiyyat pilotsuz uçuş aparatını ələ keçirdiyini açıqlayıb.

Əks-səda xəbər verir ki, hərbçilərin bəyanatını İranın dövlət teleradio şirkəti IRIB yayıb.

“ABŞ-yə məxsus MQM-170 kəşfiyyat pilotsuz uçuş aparatı SEPAH-ın Aerokosmik Qüvvələrinin qabaqcıl radioelektron mübarizə sistemlərinin köməyi ilə Keşm adası üzərində vurulub. Beləliklə, aparat artıq ikinci dəfə SEPAH-ın elit bölmələrinin əlinə qənimət kimi keçib”, – məlumatda bildirilib.

Cümə axşamı SEPAH Hörmüz boğazının qərb hissəsində ABŞ-yə məxsus MQM-170 pilotsuz uçuş aparatının idarəetməsini ələ keçirdiyini bildirmişdi.

Həmin vaxt ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu məlumatı yalan adlandırmışdı.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.