• Home  
  • İranın Qeşm adasında partlayış səsləri eşidilib
- Dünya - Gündəm - Hadisə

İranın Qeşm adasında partlayış səsləri eşidilib

İranın Qeşm adasında partylayış səsləri eşidilib, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus 2 kəşfiyyat dronunun ələ keçirildiyini, bir pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib. Əks-səda xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. “Bir neçə dəqiqə əvvəl Qeşm adasında bir neçə partlayış səsi eşidilib. Henqam və Bəndər-Abbas sakinləri də bu partlayışların səsini eşidiblər”, – […]

İranın Qeşm adasında partylayış səsləri eşidilib, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus 2 kəşfiyyat dronunun ələ keçirildiyini, bir pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib.

Əks-səda xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl Qeşm adasında bir neçə partlayış səsi eşidilib. Henqam və Bəndər-Abbas sakinləri də bu partlayışların səsini eşidiblər”, – məlumatda bildirilib.

Qeyd olunub ki, partlayışların səbəbi hələ bəlli deyil və əlavə məlumatlar daha sonra açıqlanacaq:

“Bir saat əvvəl SEPAH ABŞ-yə məxsus 2 kəşfiyyat PUA-sının ələ keçirilməsi və digər bir dronun məhv edilməsi barədə məlumat verib”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.