• Home  
  • İrlandiya 43 Gürcüstan vətəndaşını deportasiya edib
- Cəmiyyət - Dünya - Gündəm

İrlandiya 43 Gürcüstan vətəndaşını deportasiya edib

İrlandiya 43 Gürcüstan vətəndaşını ölkədən deportasiya edib. Əks-səda xəbər verir ki, bu barədə İrlandiyanın Ədliyyə, Daxili İşlər və Miqrasiya Departamenti məlumat yayıb. Bildirilib ki, deportasiya edilənlər arasında 33 kişi, 7 qadın və üç uşaq var. İrlandiya polisi qeyd edib ki, deportasiya olunan kişilərdən dördünün müxtəlif cinayətlərə görə məhkumluğu var. Deportasiya edilən Gürcüstan vətəndaşlarını daşıyan təyyarə sentyabrın […]

İrlandiya 43 Gürcüstan vətəndaşını ölkədən deportasiya edib.

Əks-səda xəbər verir ki, bu barədə İrlandiyanın Ədliyyə, Daxili İşlər və Miqrasiya Departamenti məlumat yayıb.

Bildirilib ki, deportasiya edilənlər arasında 33 kişi, 7 qadın və üç uşaq var.

İrlandiya polisi qeyd edib ki, deportasiya olunan kişilərdən dördünün müxtəlif cinayətlərə görə məhkumluğu var.

Deportasiya edilən Gürcüstan vətəndaşlarını daşıyan təyyarə sentyabrın 20-də Dublin hava limanından Tbilisiyə uçub.

İrlandiya hökumətinin məlumatına görə, uçuş üçün təyyarənin icarəsi və digər xərclər ümumilikdə 225 575 avro təşkil edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.