Gecə saatlarında Goranboy rayonunda sursat anbarında baş verən yanğından sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar.
Əks-səda xəbər verir ki, bu barədə Goranboy Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Məlumata görə, ümumilikdə təxliyə olunanların sayı 5 min nəfər təşkil edir.
Bildirilib ki, Nizami kəndinin girişində post quraşdırılıb.


