ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Tehranla razılaşmanın əldə olunması imkanını dəyərləndirməklə yanaşı, İrana yenidən güclü zərbələr endirmək niyyətindədir.
Əks-səda xəbər verir ki, bunu Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.
“Biz hansısa bir məqamda razılaşmamızın olub-olmayacağını aydınlaşdıracağıq. Amma onlara çox güclü zərbələr endirəcəyik”, – Tramp İran haqqında danışarkən bildirib.


