• Home  
  • “Neftçi” Premyer Liqada növbəti qələbəsini qazanıb
- Gündəm - Idman - Ölkə

“Neftçi” Premyer Liqada növbəti qələbəsini qazanıb

“Neftçi” Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb. Əks-səda xəbər verir ki, “ağ-qaralar” IV turda “Şəfa”nı məğlub edib – 4:1. Meydan sahiblərinin qollarını 35-ci dəqiqəəd Rüfət Abbasov, 64 və 66-cı dəqiqələrdə Alen Şkribek, 79-cu dəqiqədə Breno Almeyda (p) fərqlənib. Qonaqların heyətində 48-ci dəqiqədə Murad Musayev adını tabloya yazdırıb. Xallarının sayını 9-a çatdıran “Neftçi” üçüncü pillədə qərarlaşıb. “Şəfa” […]

İdman

“Neftçi” Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Əks-səda xəbər verir ki, “ağ-qaralar” IV turda “Şəfa”nı məğlub edib – 4:1.

Meydan sahiblərinin qollarını 35-ci dəqiqəəd Rüfət Abbasov, 64 və 66-cı dəqiqələrdə Alen Şkribek, 79-cu dəqiqədə Breno Almeyda (p) fərqlənib. Qonaqların heyətində 48-ci dəqiqədə Murad Musayev adını tabloya yazdırıb.

Xallarının sayını 9-a çatdıran “Neftçi” üçüncü pillədə qərarlaşıb. “Şəfa” 3 xalla onuncu yerdədir.

Günün ilk görüşündə “Sabah” “Zirə”ni beş cavabsız qolla üstələyib.

Xatırladaq ki, ötən gün baş tutan matçlarda “Qəbələ” “İmişli”ni (2:1), “Şamaxı” isə “Kəpəz”i (4:1) məğlub edib. IV tura sabah yekun vurulacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.