• Home  
  • İsraildə yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb
- Dünya - Gündəm - Hadisə

İsraildə yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb

İsrailin şimalındakı Kafr-Kara kəndi yaxınlığında açıq ərazidə yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. “Magen David Adom” təcili yardım xidmətinin məlumatına görə, xəsarət alanlardan biri huşsuz vəziyyətdədir və təyyarə qalıqları arasında sıxışıb qalıb, digəri isə orta ağır dərəcəli xəsarətlər alıb. Hadisə yerində xilasetmə işləri […]

Hadisə

İsrailin şimalındakı Kafr-Kara kəndi yaxınlığında açıq ərazidə yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb.

Əks-səda xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

“Magen David Adom” təcili yardım xidmətinin məlumatına görə, xəsarət alanlardan biri huşsuz vəziyyətdədir və təyyarə qalıqları arasında sıxışıb qalıb, digəri isə orta ağır dərəcəli xəsarətlər alıb. Hadisə yerində xilasetmə işləri aparılır.

Yanğın-xilasetmə xidmətinin məlumatına əsasən, təyyarə qəzaya uğradıqdan sonra alovlanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.