Azərbaycan millisinin və Almaniyanın “Kayzerslautern” komandasının futbolçusu Mahir Emreli ilə maraqlanan daha bir klub müəyyənləşib.
“Əks-səda” xəbər verir ki, 29 yaşlı hücumçunun karyerasını İsraildə davam etdirmək imkanı olub.
“Makkabi” (Hayfa) azərbaycanlı forvardı heyətə qatmaq istəyir. Lakin oyunçu hələlik yekun qərarını verməyib.
Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri dəyərləndirir. Daha əvvəl Kiprin APOEL klubundan da imtina edən futbolçu iddialı və avrokuboklarda çıxış edən klubla anlaşmaq niyyətindədir.
Xatırladaq ki, Mahir Emrelinin “Kayzerslautern”lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.


