• Home  
  • ABŞ-də məsciddə atışma olub, ölən və yaralanan var
- Dünya - Gündəm - Hadisə

ABŞ-də məsciddə atışma olub, ölən və yaralanan var

ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində məsciddə baş verən atışma nəticəsində azı bir nəfər ölüb, daha bir nəfər yaralanıb. Əks-səda yerli “WBNS” telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 14:10 radələrində baş verib. Atışma barədə məlumatı ABŞ-nin Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələrə Nəzarət Bürosunun (ATF) yerli bölməsi də təsdiqləyib. “ATF-nin Kolumbus bölməsinin xüsusi […]

ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində məsciddə baş verən atışma nəticəsində azı bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

Əks-səda yerli “WBNS” telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 14:10 radələrində baş verib.

Atışma barədə məlumatı ABŞ-nin Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələrə Nəzarət Bürosunun (ATF) yerli bölməsi də təsdiqləyib.

“ATF-nin Kolumbus bölməsinin xüsusi agentləri məsciddə atışma baş verməsi ilə bağlı məlumatlar əsasında tədbirlər görürlər”, – deyə məlumatda bildirilib. Yaralının vəziyyəti hələlik məlum deyil.

Polisin ilkin qiymətləndirməsinə görə, hadisə məscidə məqsədli hücum xarakteri daşımayıb. Hadisənin başvermə şəraiti araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.