• Home  
  • İstanbulda avtobusun alışması nəticəsində ölən və yaralananlar var
- Dünya - Gündəm - Hadisə

İstanbulda avtobusun alışması nəticəsində ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusunun baryerə çırpılıb alışması nəticəsində iki nəfər ölüb, biri ağır olmaqla, səkkiz sərnişin yaralanıb. Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, yaralılar xəstəxanaya çatdırılıb. İddiaya görə, yağışlı hava səbəbindən sürüşkən yolda sürücünün idarəetməni itirdiyi Diyarbəkir – İstanbul reysini həyata keçirən 23 AFA 634 dövlət nömrə nişanlı sərnişin avtobusu baryerə çırpılıb. Ətrafdakıların xəbərdarlığı […]

Hadisə

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusunun baryerə çırpılıb alışması nəticəsində iki nəfər ölüb, biri ağır olmaqla, səkkiz sərnişin yaralanıb.

Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, yaralılar xəstəxanaya çatdırılıb.

İddiaya görə, yağışlı hava səbəbindən sürüşkən yolda sürücünün idarəetməni itirdiyi Diyarbəkir – İstanbul reysini həyata keçirən 23 AFA 634 dövlət nömrə nişanlı sərnişin avtobusu baryerə çırpılıb.

Ətrafdakıların xəbərdarlığı əsasında hadisə yerinə yanğınsöndürən, tibb və polis qrupları cəlb edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.