• Home  
  • Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub
- Hadisə - Manşet - Ölkə - Texnologiya

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub

Oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb. Əks-səda bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, hücumu xarici haker qruplaşması həyata keçirib, 100-dən artıq dövlət domeni hədəfə alınıb. Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki tədbirlər […]

Oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb.

Əks-səda bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hücumu xarici haker qruplaşması həyata keçirib, 100-dən artıq dövlət domeni hədəfə alınıb.

Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.

Hazırda kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.