• Home  
  • Kabo Verdedə avtobus uçuruma yuvarlanıb, 22 nəfər həlak olub
- Dünya - Gündəm - Hadisə

Kabo Verdedə avtobus uçuruma yuvarlanıb, 22 nəfər həlak olub

Kabo Verdenin Foqu adasında avtobusun dərəyə aşması nəticəsində 22 nəfər həlak olub, 18 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Lusa” agentliyi rəsmi şəxslərə istinadən məlumat yayıb. Bildirilib ki, ekskursiyadan qayıdan avtobus San-Filipe bələdiyyəsinin şimal dağlıq ərazilərində, Şan-daş-Kaldeyraş və Kampanaş-di-Sima arasındakı yolda hərəkət hissəsindən çıxaraq təxminən 30 metr hündürlükdən dərəyə yuvarlanıb. Həlak olanlar arasında orta […]

Hadisə

Kabo Verdenin Foqu adasında avtobusun dərəyə aşması nəticəsində 22 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə “Lusa” agentliyi rəsmi şəxslərə istinadən məlumat yayıb.

Bildirilib ki, ekskursiyadan qayıdan avtobus San-Filipe bələdiyyəsinin şimal dağlıq ərazilərində, Şan-daş-Kaldeyraş və Kampanaş-di-Sima arasındakı yolda hərəkət hissəsindən çıxaraq təxminən 30 metr hündürlükdən dərəyə yuvarlanıb.

Həlak olanlar arasında orta məktəb şagirdləri, eləcə də sürücü var.

“6-11 yaş arası daha 18 məktəbli xəstəxanadadır. Dördünün vəziyyəti ağırdır”, – məlumatda qeyd olunub.

Foqu rəsmiləri həlak olanlarla bağlı iki günlük matəm elan ediblər.

Həmçinin ölənlərin sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.