• Home  
  • Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
- Gündəm - Hadisə - Ölkə

Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusla hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı avtomobildə olan 6 nəfərdən biri həyatını itirib, biri isə […]

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Əks-səda xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusla hərəkətdə olarkən sürücü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı avtomobildə olan 6 nəfərdən biri həyatını itirib, biri isə xəsarət alıb.

Həyatını itirən şəxs 1965-ci il təvəllüdlü Məmmədova Şərqiyə Mənəf qızı, xəsarət alan isə 1956-cı il təvəllüdlü Məmmədova Şəfiqə Əli qızıdır.

Məlumata görə, xəsarət alan sürücünün həyat yoldaşı, həyatını itirən isə qardaşının həyat yoldaşıdır. Hadisə iştirakçılarının hamısı əslən Qax rayonundandır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.