Kamçatka (Rusiya) sahillərinin akvatoriyasında 5,4 maqnitudalı zəlzələ baş verib.
Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialı məlumat yayıb.
“İlkin qiymətləndirməyə görə, Petropavlovsk-Kamçatskidə intensivlik üç bal təşkil edib”, – məlumatda bildirilib.
Episentr Petropavlovsk-Kamçatskidən təxminən 94 kilometr aralıda yerləşib. Zəlzələ ocağı 44 kilometr dərinlikdə olub.

