• Home  
  • Gürcüstanda qanunsuz yaşayan 50 əcnəbi saxlanılıb, azərbaycanlı da var
- Cəmiyyət - Dünya - Gündəm

Gürcüstanda qanunsuz yaşayan 50 əcnəbi saxlanılıb, azərbaycanlı da var

Gürcüstanda qanunsuz əsaslarla olan 50 əcnəbi saxlanılıb, onların arasında Azərbaycan vətəndaşları da var. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Miqrasiya İdarəsinin əməkdaşlarının ölkə üzrə keçirdiyi xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində Nigeriya, Əfqanıstan, Azərbaycan, İran, Çin, Tayland, Rusiya, Hindistan, İraq, Türkmənistan və Misir vətəndaşları saxlanılıb. Müəyyən edilib ki, saxlanılan […]

Cəmiyyət

Gürcüstanda qanunsuz əsaslarla olan 50 əcnəbi saxlanılıb, onların arasında Azərbaycan vətəndaşları da var.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Miqrasiya İdarəsinin əməkdaşlarının ölkə üzrə keçirdiyi xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində Nigeriya, Əfqanıstan, Azərbaycan, İran, Çin, Tayland, Rusiya, Hindistan, İraq, Türkmənistan və Misir vətəndaşları saxlanılıb.

Müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstanın Əcnəbilərin və Vətəndaşlığı Olmayan Şəxslərin Hüquqi Statusu haqqında qanunun tələblərini pozaraq ölkə ərazisində qanuni əsas olmadan olublar.

Hazırda onlar Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzində yerləşdirilib. Saxlanılan şəxslərin Gürcüstandan çıxarılması ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.